Türkiyənin Antalya şəhərində meşədə güclü yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata görə, Antalyanın Aksu rayonunda tikintidə başlayan yanğın meşəyə keçib.
Hadisə yerli vaxtla saat 16:00 da baş verib.
Məsələ ilə əlaqədar əraziyə 3 yanğınsöndürən helikopter göndərilib.
Hazırda yanğına qurudan və havadan müdaxilə edilir.
Aysu Demokrat.az


