Türkiyədə əsəb xəstəsi olduğu iddia edilən şəxs ailəsinin 3 üzvünü bıçaqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, hadisə Türkiyənin paytaxtı Ankarada baş verib.
Ankarada qardaşının evində qonaq qalan 36 yaşlı şəxs naməlum səbəbdən əsəbləşərək bıçağa əl atıb.
Nəticədə evdə olan qardaşı oğlunu, gəlinini və 47 yaşlı xalasını bıçaqlayıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Xəstəxanaya çatdırılan yaralıların yaxşı olduğu öyrənilib.
Cinayət törədən şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


