Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Bolt” şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.
Demokrat.az xəbər verir ki, nazir bu barədə Tvitter hesabında paylaşım edib.
“Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik. Ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, daha əvvəl R.Nəbiyev mətbuata müsahibəsində Bakıda taksi xidmətində problemlərin olduğunu bildirmiş və qiymətlərin qaldırılacağının anonsunu vermişdi.


