Sosial Özəl

6 milyonluq COVID-19 peyvəndi məhv ediləcək

6 milyonluq COVID-19 peyvəndi məhv ediləcək

Belçika federal hökumətinin əlində olan 6 milyon COVID-19 peyvəndi məhv ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Frank Vandenbrouk açıqlama verib.

O bildirib ki, Belçikanın 15,3 milyon doza vaksin ehtiyatı var:

"Virusun Omicron BA.4/5 alt varyantlarına qarşı hazırlanmış peyvəndlər ilk hazırlananlara nisbətən daha təsirlidir.

Ona görə də əlimizdə olan ilk vaksinlərdən istifadə edə bilmirik. Bu səbəbdən istifadəyə yararsız 6 milyon doza COVID-19 peyvəndi ən qısa zamanda məhv ediləcək".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova