Sosial

İlin sonunadək 2 min keçmiş köçkün ailəsi öz evlərinə qayıdacaq

İlin sonunadək 2 min keçmiş köçkün ailəsi öz evlərinə qayıdacaq

"Bu ilin sonuna qədər ümumilikdə 2000-ə yaxın məcburi köçkün ailəsinin işğaldan azad edilmiş ərazilərə qayıdışı təmin ediləcək". Modern.azxəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu ilin əvvəlindən Talış kəndinə 20 ailə, Laçın şəhərinin özünə isə 52 ailə köçürülüb: "Cariilin sonunadək ümumilikdə 10 minə yaxın keçmiş məcburi köçkünün öz doğma yurdlarında məskunlaşması təmin olunacaq".

NE
Nihadə Eyyubova