Gündəm Özəl

Politoloq: “Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edəcəksə,…"

Politoloq: “Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edəcəksə,…

"Azərbaycanın istinad etdiyi əsas sənəd üçtərəfli bəyanatdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloqun fikrincə, bu sənədin 9-cu bəndində açıq mətnlə qeyd olunur ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək kommunikasiya xətti açılmalıdır, Ermənistan təhlükəsizliyə təminat verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir:

"Ermənistan bunun üzərindən manipulyasiyalar edir, prosesi uzatmağa çalışır. Amma iyunun 2-də baş nazirlərin müavinlərinin Moskvada keçirilmiş görüşündə bu kommunikasiya xətlərinin açılması və orada keçid mexanizmlərinin tətbiqi müzakirə olunub.

Verilən açıqlamalardan məlum olur ki, bu istiqamətdə müəyyən irəliləyişlər var. Əlbəttə, Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edəcəksə, bu, ciddi ağır nəticələrə gətirib çıxara bilər".

Nəzrin Demokrat.az

D
demokrat.az