Hadisə

Xocavənddə 1,5 ton narkotik tərkibli bitki məhv edilib — FOTO

Xocavənddə 1,5 ton narkotik tərkibli bitki məhv edilib — FOTO

Xocavənd rayonunda 1,5 ton çətənə bitkisi aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Tağaverd kəndi ərazisindəki meṣə massivində yabanı halda bitən, çəkisi 1, 5 ton olan 5000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xocavənddə 1,5 ton narkotik tərkibli bitki məhv edilib — FOTO

D
demokrat.az