Xarici siyasət

Saakaşvili siyasətə qayıtdığını BƏYAN ETDİ

Saakaşvili siyasətə qayıtdığını BƏYAN ETDİ

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili bu gündən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib.

Demokrat.az xəbər verir ki, Saakaşvili “Facebook” hesabında etdiyi paylaşımda bildirib ki, səhhətindəki problemlərə baxmayaraq, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək.

Eks-prezident həmçinin keçirilən bütün məhkəmə iclaslarında şəxsən iştirak edəcəyini əlavə edib.

“Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, – Saakaşvili qeyd edib.

D
demokrat.az