Gündəm Özəl

Fulya Öztürk Ruhi Əliyeva ilə görüşdü — FOTOLAR

Fulya Öztürk Ruhi Əliyeva ilə görüşdü — FOTOLAR

Bakıda səfərdə olan "CNN TÜRK"ün tanınmış jurnalisti, Vətən müharibəsi haqqında hazırladığı xüsusi reportajları ilə yadda qalan Fulya Öztürk “Liatris Holding”in rəhbəri,tanınmış iş xanımı Ruhi Əliyeva ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüş zamanı Ruhi Əliyeva Fulya Öztürkə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında verdiyi dəstəyə görə təşəkkür edib.

Daha sonra Ruhi Əliyeva bildirib:

“Əziz Prezidentimiz İlham Əliyevin dediyi kimi, Fulya bizim qızımızdır. Gerçəkdən də Azərbaycan sevdalısı, dilindən Qarabağla bağlı müjdələr eşitdiyimiz Fulya Öztürkü hər kəs kimi mən də çox sevirəm. Azərbaycana hər gəlişində görüşüb söhbətləşirik. Şirin dili, qılıqlı, mehriban təbiəti onu hər dəfəsində daha da canayaxın edir. Bu gün yenə bir araya gəldik. Ölkələrimizin dostluğundan Qarabağadək, bütün gözəlliklərdən danışdıq.

Fikrinin, könlünün aydınlığı, sevgisi ilə gerçək bir Türk qızı olduğunu bir daha isbatladı. Dostluqlarımız, məmləkətlərimiz daim var olsun, əziz Fulyam!”.

Elmar Heydərli Demokrat.az

Fulya Öztürk Ruhi Əliyeva ilə görüşdü — FOTOLAR
Fulya Öztürk Ruhi Əliyeva ilə görüşdü — FOTOLAR
Fulya Öztürk Ruhi Əliyeva ilə görüşdü — FOTOLAR

D
demokrat.az