Hadisə

Naxçıvanda iki qadını maşın vurub

Naxçıvanda iki qadını maşın vurub

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakinləri - 1985-ci il təvəllüdlü Dünyamalıyev Günel İntiqam qızı və 1993-cü il təvəllüdlü Qurbanova Xədicə Məhərrəm qızını vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

D
demokrat.az