Xarici siyasət Özəl

Ağ Ev: İsveç təcili NATO-ya daxil olmalıdır

Ağ Ev: İsveç təcili NATO-ya daxil olmalıdır

ABŞ-dan bir daha İsveçin üzvlüyünə dəstək bəyanatları gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden dünən Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

Stoltenberqin səfərindən sonra Ağ Evdən verilən açıqlamada İsveçin ən qısa zamanda NATO-ya daxil olmasının vacibliyi vurğulanıb.

Ağ Ev sözçüsü Karin Jan-Pyer İsveçin keçən il Türkiyə və Finlandiya ilə imzaladığı "Üçlü Memorandum"dakı öhdəliklərini yerinə yetirdiyini söyləyib:

"Bura İsveçin bu yaxınlarda qəbul etdiyi antiterror qanunu da daxildir. İsveç NATO dəyərlərinə malik güclü və bacarıqlı müdafiə tərəfdaşıdır. İsveç mümkün qədər daha tez NATO üzvü olmalıdır".

Aysu Demokrat.az

D
demokrat.az