Hadisə Özəl

Rusiya Ordusu mülkü əhalini raketlə vurdu — Yaşayış binası dağıldı, onlarla ölən və yaralanan var (VİDEO)

Rusiya Ordusu mülkü əhalini raketlə vurdu — Yaşayış binası dağıldı, onlarla ölən və yaralanan var (VİDEO)

Rusiya Ordusu Ukraynanın Krivoy Roq şəhərini yenidən raket atəşinə tutub.

Demokrat.az Ukraynanın "Unian" informasiya agentliyinə istinadən xəbər verir ki, terror hücumu zamanı mülkü əhali hədəf olub.

Krivoy Roq şəhərində yerləşən beşmərtəbəli binaya edilən raket hücumu nəticəsində 25 sakin yaralanıb, onlarla insan həlak olub.

Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, Rusiya Ordusu mülkü əhaliyə qarşı qanadlı raketlərdən istifadə edib.

Atılan raketlərdən 3-ü Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilsə də, digərləri mülki obyektlərə, o cümlədən beşmərtəbəli yaşayış binasına düşüb. Terror hücumu zamanı yaşayış binası dağılıb və yanıb.

Hazırda onlarla sakinin dağıntılar altında qaldığı deyilir.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az