Müğənni Kərim Abasov hazırda həbsdə olankeçmiş həyat yoldaşı, prodüser Təranə Səmədovadan danışıb.
Axşam.az xəbər verir ki, "Səhərin səsi" verilişində bununla bağlı söhbət açan Kərim Təranənin həbs edilməmişdən əvvəl ona zəng vurduğunu deyib. İfaçı bildirib ki, prodüser ondan yardım istəyib:
"Mənə ilişənlər ya tutulur, ya da ölüb gedir. Zəng etdi, səsini eşidib dəstəyi yerə qoydum. Yenidən zəng vurub dedi ki, bir dəqiqə gözlə, sözüm var. O danışanda bütün keçmiş gözümün qabağından keçdi. Söylədi ki, balalarım acından ölür.
Bu sözündən sonra ona pul göndərdim. Özü ilə bağlı pul istəsəydi, etməzdim. Edir atalar, analar, çəkir balalar. Balaları nə etsin ki, anası naxələfdir. Bala istəməzdi ki, anası həbsdə olsun. Ananın bir ağılsızlığından… Allah qapısını açsın. Öz həyat tərzini düzəltsin. Pisliklərindən əl çəksin".
Xatırladaq ki, Kərim və Təranə 2008-ci ildə ailə qurub və az keçmədən qalmaqallı şəkildə boşanıb. Kərim daha sonra yenidən ailə qurub və onun bir övladı var.
Qeyd edək ki, T. Səmədova bu ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.


