Türkiyənin Bursa vilayətində 11 yaşlı uşağın qolu diqqətsizlik nəticəsində otbiçən maşına ilişib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib.
Belə ki, azyaşlı tarlada işlək vəziyyətdə olan otbiçən maşının yanında oyun oynayarkən anidən sağ qolu maşına ilişib.
Tarladakılar dərhal otbiçən maşını dayandırıb və xilasetmə qruplarına xəbər verib.
Əraziyə gələn xilasetmə qrupları 1 saatlıq müdaxilədən sonra uşağı xilas etməyi bacarıb.
Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


