Dünya Özəl

Avtobus aşdı: 10 ölü, 25 yaralı

Avtobus aşdı: 10 ölü, 25 yaralı

Avstraliyada toy qonaqlarını daşıyan avtobusun aşması nəticəsində azı 10 nəfər ölüb, biri ağır olmaqla 25 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, hadisə Cənubi Uelsin Hunter Vadisində baş verib.

Hadisə yerinə dərhal xilasetmə qrupları gəlib və yaralılar maşının şüşələrindən çıxarılıb.

Məsələ ilə bağlı açıqlama verən polis sözçüsü Tresi Çapman 58 yaşlı sürücünün həbs edildiyini bildirib.

Hələlik qəzanın səbəbləri ilə bağlı dəqiq məlumatın olmadığını qeyd edən polis sözçüsü elavə edib ki, avtobusun hansı səbəbdən aşması qəza yerində aparılan geniş araşdırmalardan sonra bəlli olacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova