Şou-biznes

"Toyda külli miqdarda pul qazansam da..."

Toyda külli miqdarda pul qazansam da...

"Maaş mənim üçün şirindir. Sifarişlə gedib toyda, tədbirdə külli miqdarda pul qazansam da, maaşdan şirin olmur".

Axşam.az xəbər verir ki, bu sözləri aşıq Samirə Əliyeva "Agent 001" verilişində deyib. İfaçı "Saza görə utanıb, kompleksə düşmüsünüz. Ətrafınızdakılar rusdilli olduğu üçün bu yaşanıb" sözlərinə "Ötən illərə görə ittiham olunuramsa, kompleks var idi. Ona görə yox ki, ətrafım rusdilli idi. Gənclər milli musiqidən kənar idi. Bəzən gülüş obyekti kimi yanaşırdılar" cavabını verib. Dostluqdan danışan Samirə xanımlarla çox rəfiqəlik etmədiyini açıqlayıb: "Xanım dostlarım var, amma əksəriyyəti bəylərdir. Ailəli xanımlardan uzaq oluram. Qısqanclıq hiss edirəm. Bəzən də düşünürəm ki, həmin xanımda qısqanclıq oyanar. Xanımlar insanın şəxsi həyatı ilə maraqlanır, dedi-qodunu sevirlər. Ailəmi, şəxsi həyatımı qorumaq üçün xanımlarla dostluqdan uzaq olmuşam".

NE
Nihadə Eyyubova