Hadisə Özəl

Qadın evində ölü tapıldı

Qadın evində ölü tapıldı

Türkiyənin Qaziantep vilayətində 64 yaşlı qadın tək yaşadığı evdə ölü tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Bildirilib ki, qadının yaxınları ondan xəbər ala bilmədiklərinə görə evə gəlib və qadının cansız bədəni ilə üzləşiblər.

Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Araşdırmalar nəticəsində qadının başından zərbə alaraq öldürüldüyü müəyyən edilib.

Faktla bağlı istintaq başlanıb, araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az