Türkiyəli məşhur aktyor Şekip Taşpınar reanimasiyaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə aktyorun meneceri Temmuz Karikutal sosial mediada paylaşım edib.
O, Şekip Taşpınarın reanimasiyadan sağlam çıxacağına inandığını bildirib.
Eyni zamanda aktyorun həyat yoldaşı da paylaşım edərək, hərkəsdən dua etməsini istəyib.
Qeyd edək ki, aktyor “Kurtlar Vadisi Pusu”, “Beyaz Gelincik”, “Behzat Ç”, “Karadayı”, “Cesur Yürek”, “Arıza” kimi bir çox seriallarda rol alıb.
Aysu Demokrat.az



