Sosial

Bakı-Sumqayıt qatarlarında biznes sinif vaqonlar LƏĞV OLUNUR

Bakı-Sumqayıt qatarlarında biznes sinif vaqonlar LƏĞV OLUNUR

İyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların (Bakı-Sumqayıt-Bakı) biznes vaqonlarından ekonom vaqon kimi istifadə olunacaq.

Demokrat.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, məqsəd ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılmasıdır. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.

D
demokrat.az