Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıdakı səfər çərçivəsində bu gün Turan İnformasiya Agentliyinə gəlib.
Demokrat.az xəbər verir ki, həmməruzəçi Stefan Şennak agentlikdə jurnalistlərin necə işləməsi ilə maraqlanıb.
Ümumilikdə o, Avropa Şurası və Azərbaycan əlaqələri kontekstində media, vətəndaş cəmiyyəti və digər sahələrdə fikir mübadiləsi aparıb.


