Xəbər verdiyimiz kimi iyunun 5-də, Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb.
Festival Bizim.Media-nın rəsmi informasiya dəstəyi, o cümlədən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM, digər qurumların təşkilatı dəstəyi ilə gerçəkləşib. 
Artıq beşinci gündür ki, davam edən festivala qatılan türk dünyasının tanınmış qələm sahibləri, həm qardaş ölkələrin ədəbi mühiti ilə daha yaxından tanış olur, həm də özlərinin imza günlərini keçirirlər. 
Digər maraqlı məqamsa, festivalın hər gününün bir türk xalqının ədəbiyyatına həsr olunmasıdır. 
Qeyd edək ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək.











