Dünya Özəl

Ağ Ev: "Çin və Kuba bizi məxfi şəkildə dinləməyə çalışır"

Ağ Ev: Çin və Kuba bizi məxfi şəkildə dinləməyə çalışır

Ağ Ev Çin və Kubanın ABŞ-ın Florida ştatından təxminən 150 kilometr kənarda dinləmə qurğusu yaratmaq üçün razılığa gəldiyini iddia edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata görə, dinləmə stansiyasının yaradılması üçün Çin Kubaya milyardlarla dollar vəsait ödəyəcək.

Məlumatda qeyd olunur ki, ABŞ-a rəqib olan iki ölkə arasındakı bu razılaşma Bayden Administrasiyasını narahat edir.

Qeyd edək ki, planlaşdırılan dinləmə stansiyası Çinə elektron poçt və telefon danışıqları da daxil olmaqla siqnal kəşfiyyatı aparmağa imkan verəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova