Əfqanıstanda qubernator müavini Mövləvi Nisar Əhməd Əhmədinin dəfn mərasimində baş verən partlayış nəticəsində 11 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, hadisə Əfqanıstanın Bədəxşan əyalətinin paytaxtı Feyzabadda baş verib.
İki gün əvvəl silahlı hücumda dünyasını dəyişən əyalət rəsmisinin bu gün dəfn mərasimi keçirilib.
Mərasiminin keçirildiyi Nəbəvi məscidində partlayış baş verib, nəticədə 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Hücum edən şəxsin kimliyi hələlik açıqlanmayıb. Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


