Fransanın Annesi şəhərində bıçaqla edilən hücum nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hadisə bu səhər Annesi şəhərində baş verib.
Bir nəfər şəxs parkın yaxınlığındakı uşaqlara bıçaqla hücum edib.
Hadisə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.
Əraziyə gələn polis qrupları hücumçunu saxlayıb, yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Aysu Demokrat.az


