Hadisə

Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində minik avtomobili maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, "Lifan" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində 1997-ci il təvəllüdlü Eltun Məmmədov və daha 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

D
demokrat.az