Türkiyəyə gəzinti üçün gələn bir qrup turistin üzərinə ağac aşıb, nəticədə 1 nəfər dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Muğla rayonunda baş verib.
Belə ki, bir qrup turist şəlaləni görmək üçün gəzintiyə çıxıb və faciə ilə üzləşiblər.
Turistlərin üzərinə ağacın aşması nəticəsində rusiyalı turist dünyasını dəyişib, digər 3 turist isə ağır yaralanıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Aysu Demokrat.az


