Dünya Özəl

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Papası xəstəxanaya yerləşdirildi

Katolik Kilsəsinin lideri Papa Fransisk əməliyyat olunmaq üçün bu gün xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, 86 yaşlı dini lider qarın nahiyəsindən açıq əməliyyat olunacaq.

Vatikanın sözçüsü Matteo Bruni bildirib ki, Papanın ağrılılarının təkrarlanması səbəbindən əməliyyat olunmasına qərar verilib.

Qeyd edək ki, əməliyyatdan sonra Papanın bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

Aysu Demokrat.az

D
demokrat.az