Dünya Özəl

Meymun çiçəyi virusuna görə daha 2 nəfər karantinə alındı

Meymun çiçəyi virusuna görə daha 2 nəfər karantinə alındı

Çinin paytaxtı Pekində meymun çiçəyi virusuna yoluxan 2 nəfər karantinə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, bütün dünyada narahatlıq yaradan meymun çiçəyi virusu bu dəfə Çinin paytaxtı Pekində görünüb.

Pekin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada virusa yoluxmuş 2 nəfərin xəstəxanada karantinə alındığı və xəstələrin vəziyyətinin stabil olduğu vurğulanıb.

Qeyd edək ki, Mərkəzi və Qərbi Afrika ölkələrində rast gəlinən meymun çiçəyi virusu indiyədək 111 ölkədə aşkarlanıb.

Aysu Demokrat.az

D
demokrat.az