Dünya Özəl

Avropa İttifaqı ölkələri immiqrasiya siyasətini müzakirə etmək üçün bir araya gəlir

Avropa İttifaqı ölkələri immiqrasiya siyasətini müzakirə etmək üçün bir araya gəlir

Avropa İttifaqının 2020-ci ilin sentyabrında təqdim etdiyi “Yeni Miqrasiya və Sığınacaq Paktı” yaxın günlərdə səsverməyə qoyulacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqı ölkələri qaçqın və miqrantların qəbulu ilə bağlı məsuliyyəti necə bölüşəcəklərini müəyyən edəcək.

Məsələ ilə bağlı Avropa İttifaqı ölkələrinin bu həftə ərzində razılığa gəlməsi gözlənilir.

27 üzv ölkənin daxili işlər nazirləri yeni qaydaları müəyyən edən qanunvericiliyə səs vermək üçün iyunun 8-də bir araya gələcək.

Avropalı rəsmilər bu görüşün mühüm irəliləyişlərə yol açacağına ümid edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova