İdman

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Demokrat.az xəbər verir ki, o, ikinci döyüşündə Omar El Yazidini (Fransa) məğlub edib.

Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.//APA

D
demokrat.az