Maraqlı

AzTV-də köhnə işçi ilə təzə işçi qırğına çıxdı — QALMAQAL (SƏS YAZISI)

AzTV-də köhnə işçi ilə təzə işçi qırğına çıxdı — QALMAQAL (SƏS YAZISI)

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun Maliyyə və İqtisadiyyat Departamentinin işçisi ZöhrəZahidovanı və onun Mədəniyyət kanalının işçisi olmuş qızını işdən çıxarması qalmaqala səbəb olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rövşən Məmmədov ZöhrəZahidovanın yerinə Günay Əsgərzadəni təyin edib.

Bu təyinatdan sonra keçirilən iclasda ZöhrəZahidova ilə Günay Əsgərzadə arasında qalmaqal yaşanıb.

Mübahisə o həddə çatıb ki, tərəflər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər.

Elçin Rizvanoğlu Demokrat.az

D
demokrat.az