Maraqlı Özəl

NASA: "Saturnun peykində həyat ola bilər"

NASA: Saturnun peykində həyat ola bilər

Amerika Kosmos və Aeronavtika İdarəsi olan NASA-nın məlumatına görə, Saturn planetində həyat ola bilər.

Demokrat.az xəbər verir ki, bu iddianın səbəbi NASA-nın Ceyms Uebb Kosmik Teleskopu tərəfindən qeydə alınan görüntülərdir.

Qeydə alınan görüntülər Saturn haqqında yeni məlumatları ortaya çıxarıb.

Görüntüləri araşdıran astronomlar Saturnun buzla örtülmüş peykindən kosmosa fışqıran 6600 kilometrlik nəhəng su buxarı sütununu aşkar ediblər.

Tədqiqatçıların fikrincə, bu, potensial olaraq yerüstü həyatın əlaməti ola bilər.

Aysu Demokrat.az

D
demokrat.az