Hindistan Hərbi Hava Qüvvələrinə məxsus HJT-16 Kiran tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, hadisə Hindistanın Karnataka ştatının Çamarajanaqar şəhərində baş verib.
Qəza nəticəsində 2 nəfər pilot xəsarət alıb.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, təyyarə bu səhər məşq etmək üçün havaya qalxarkən, texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


