Türkiyədə motosiklet idarə edərkən avtomobilə çırpılan 70 yaşlı kişi vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Dənizli vilayətində baş verib.
Dənizlidən Uşak şəhərinə motosikletlə getmək istəyən yaşlı kişi avtomobillə toqquşub.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Bütün müdaxilələrə baxmayaraq yaralı dünyasını dəyişib.
Aysu Demokrat.az


