İdman Özəl

“Sevilya” 7-ci dəfə çempion oldu

“Sevilya” 7-ci dəfə çempion oldu

İspaniya təmsilçisi “Sevilya” UEFA Avropa Liqasında İtaliyanın “Roma” komandasına qalib gələrək 7-ci dəfə çempion olub.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, qarşılaşmada ilk qolu 35-ci dəqiqədə Dibala "Roma"nın heyətində vurub.

Bu hesabla önə keçən “Roma” 55-ci dəqiqədə Mançininin avtoqolunun qarşısını ala bilməyib və matç 1:1-ə çatıb.

Əsas vaxtın 90 dəqiqəsi bərabərə bitən qarşılaşmada matç penaltilər seriyasına keçib.

Penaltilər seriyasında 4:1 hesablı üstünlüyə malik "Sevilya" kubokun sahibi olub.

Aysu Demokrat.az

D
demokrat.az