Sosial

İsmayıllı-Lahıc yolu açıldı — VİDEO

İsmayıllı-Lahıc yolu açıldı — VİDEO

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Demokrat.az -a verilən məlumata görə, yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaratmışdı.

D
demokrat.az