Leysan yağış Göyçayda bir sıra fəsadlara yol açıb.
Demokrat.az xəbər verir ki, qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb.
Ağaclar aşıb, elektrik naqilləri qırılıb.
Rayonda əhaliyə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Sel Göyçay şəhərinin mərkəzi küçələrinə avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib.
Bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb.
Xatırladaq ki, güclü külək nəticəsində iki nəfər xəsarət alıb, bir nəfər isə maşında ürəktutmasından dünyasını dəyişib.
19:59
Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.
Demokrat.az xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.//APA


