Avropa ölkələrinin başçıları Moldovada Avropa Siyasi Birliyinin (AST) 2-ci iclasında bir araya gələcəklər.
Demokrat.az xəbər verir ki, görüş sabah Moldovanın paytaxtı Kişinyovdan 40 kilometr uzaqlıqda yerləşən tarixi Mimi qalasında keçiriləcək.
1 günlük toplantıya Türkiyə də daxil olmaqla 47 Avropa ölkəsinin liderləri və Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri dəvət olunub.
Görüşdə Avropa liderlərinin təhlükəsizlik, enerji və nəqliyyat danışıqları aparacağı gözlənilir.
Qeyd edək ki, görüşə təkcə Rusiya və Belarus dəvət olunmayıb.
Aysu Demokrat.az


