Kosovonun şimalındakı toqquşmalarla əlaqədar NATO əraziyə əlavə qoşun göndərəcək.
Demokrat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
O bildirib ki, Kosovonun şimalındakı serblərlə NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) arasında gərginlik artmağa davam edir:
"NATO-nun Sülhməramlı Qüvvələri Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz və dinc mühitin qorunması üçün lazımi tədbirlər görəcək. Kosovodakı Sülhməramlı Qüvvələrinə göndəriləcək əlavə hərbçilərin sayı 700 nəfərdir".
Aysu Demokrat.az


