Ağ Evin sözçüsü Karin Jan-Pyer ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16-ların satışını dəstəklədiyini bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə Karin Jan-Pyer Ağ Ev-də keçirilən ənənəvi mətbuat konfransında jurnalistlərə bildirib.
Mətbuat katibi deyib ki, dünən Co Bayden Rəcəb Tayyib Ərdoğanla görüşündə İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi üçün güclü istəyini dilə gətirib:
"ABŞ Prezidenti Türkiyəyə F-16-ların satışını çoxdan dəstəkləyir və bunu açıq şəkildə ifadə edir. İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi bu satış üçün şərt deyil. Məsələlərin demək olar ki, heç bir əlaqəsi yoxdur".
Aysu Demokrat.az


