Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanla birgə regional hava hücumundan müdafiə sisteminin yaradılmasını təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Putinin imzaladığı qanuna əsasən, Rusiya və Qırğızıstan birgə regional hava hücumundan müdafiə sistemi yaradır.
Bu sistem Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin vahid hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir.
Bununla da regionun hava hücumundan müdafiəsi təkmilləşdirilir.
Qeyd edək ki, Regional Hava Hücumundan Müdafiə Sistemi qoşunlarının əlaqələndirilməsini Rusiya Hərbi Hava Qüvvələri Komandanlığı həyata keçirəcək.
Aysu Demokrat.az


