Hadisə Özəl

Homoseksuallara ölüm cəzası veriləcək — Qanun təsdiqləndi

Homoseksuallara ölüm cəzası veriləcək — Qanun təsdiqləndi

Uqanda prezidenti Yoweri Museveni "anti-gey" adlanan qanun imzalayıb. Artıq sözügedən qanun qüvvəyə minib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, yeni qanuna görə, homoseksualları ömürlük həbs cəzası gözləyir.

Bundan əlavə, yaşı 18-dən az olan biri ilə homoseksual münasibətdə olan və ya HİV daxil olmaqla, ömürlük yoluxucu xəstəlikləri olan şəxslər edam ediləcək.

Dünyanın aparıcı sağlamlıq kampaniyalarından olan "Pepfar", "UNAids" və "Qlobal Fond" birgə bəyanat verərək, bu qanunun zərərli təsirlərindən dərin narahat olduqlarını bildiriblər.

Həmçinin, ABŞ prezidenti Co Bayden də sözügedən qanunun qəbulunu "ümumbəşəri insan hüquqlarının faciəli şəkildə pozulması" adlandırıb və Uqanda dövlətini həmin qanunu dərhal ləğv etməyə çağırıb.

Aysu Demokrat.az

D
demokrat.az