Rusiya qoşunları Xarkov vilayətinin, Kupyanski rayonunun Kovşarka qəsəbəsinə “İsgəndər” raketi atıblar.
Demokrat.az xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Ətraflı
O bildirib ki, zərbə nəticəsində üç yaşlı, bir hamilə qadın, 2 uşaq xəsarət alıb, yataqxana binası, iki fərdi yaşayış evi və qaz xətti zədələnib: “Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Təcili yardım briqadası hadisə yerində işləyir. Əlavə məlumat veriləcək”.


