Türkiyədə sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması faciəyə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, hadisə Türkiyənin Sivas vilayətində baş verib.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Yerli vaxtla saat 09:30-da baş verən qəzada 4 nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


