İdman

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb

Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.

Demokrat.az xəbər verir ki, Kristal Zalındakı yarışlar saat 09:00-da başlayıb.

Bu gün Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq-da qüvvəsini sınayacaqlar. Çəkilər üzrə kişilərin yarışında 87, qadınlarda 59 idmançı olacaq.

Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edəcək.

D
demokrat.az