Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib. Modern.azxəbər verir ki, Serqo Orconikidze adına Rusiya Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri Vaqif Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Prezident Vladimir Putinin bu barədə sərəncamı dərc edilib. V.Kərimov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının və Dağ Elmləri Akademiyasının akademikidir. Hazırda universitetin geologiya və karbohidrogen yataqlarının kəşfiyyatı kafedrasının müdiridir.
Putin azərbaycanlı alimi təltif etdi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


