Hadisə

Xəzər rayonunda avtomobil piyadanı vurub

Xəzər rayonunda avtomobil piyadanı vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Rəcəbli Riad Samir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.//Report

D
demokrat.az