Gündəm Özəl

Politoloq: "Azərbaycanın Prezidenti Paşinyana başa saldı ki,..."

Politoloq: Azərbaycanın Prezidenti Paşinyana başa saldı ki,...

"Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq kimi iştirak etdiyi tədbirdə Paşinyana çox tutarlı cavablar verdi. Fikir verdinizsə, çıxışında Paşinyan "koridor" sözünə əmma qoymaq istəyirdi. Amma Azərbaycanın Prezidenti Paşinyana başa saldı ki, bu, beynəlxalq bir termindir və beynəlxalq hüquq aləmində tanınmış bir söz kimi istifadə olunur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, artıq kommunikasiya və nəqliyyat əlaqələri ilə bağlı razılıq var:

"Dünənki üçtərəfli görüşün nəticələrinə baxdıqda əsas əldə olunan razılıq kommunikasiyaların açılmasıdır. Paşinyan çox müqavimət göstərirdi və hesab edirdi ki, Zəngəzur yolunun açılması guya onların ərazi bütövlüyünə zidd addımdır. Hesab edirdi ki, biz oradan keçmək üçün müxtəlif şərtlər icra etməliyik. Amma bu məsələdə biz israrlı olaraq tələb etdik ki, Azərbaycanın tarixi ərazisi olan Naxçıvan yolu açılmalıdır.

Baxmayaraq ki, burada digər kommunikasiyaların açılması da nəzərdə tutulur. Düşünürəm ki, bu məsələ ilə bağlı artıq razılıq əldə olunub. Düzdür, ikitərəfli saziş imzalanmayıb. Amma hər halda Paşinyan tərəfindən bizim ərazi bütövlüyümüzün tanınmasına nail olduq.

İş orasındadır ki, Zəngəzur dəhlizinin açılması ilə Rusiya bir şey itirmir və 10 noyabr 2020-ci Bəyannaməsində deyilir ki, bura Rusiya sərhədçiləri nəzarət edəcək. O torpaq ermənilərin torpağıdır və biz orada sadəcə nəqliyyatdan istifadə edəcəyik. Hətta, digər tərəfdən Rusiya üçün bu faydalıdır. Həm Türkiyə, həm də digər regional dövlətlər buradan fayda əldə edəcək. Bütün bu dövlətlərin maraqlarına cavab verən bir amildir".

Şəhanə Demokrat.az

D
demokrat.az