Sosial Özəl

“Azəriqaz” rəsmisi: “Hava soyuq keçsə də, abonentlər qazdan qənaətlə istifadə edir”

“Azəriqaz” rəsmisi: “Hava soyuq keçsə də, abonentlər qazdan qənaətlə istifadə edir”

“2023-cü ilin yanvar-aprel ayları ərzində təbii qazla təmin olunan 1 932 299 abonenet 12 qəpik tarifdən istifadə edib”.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında məlumat verib.

“Azəriqaz” rəsmisi: “Hava soyuq keçsə də, abonentlər qazdan qənaətlə istifadə edir”

Onun sözlərinə görə, ilin ilk 4 ayı ərzində hava şəraiti dəyişkən keçməsinə baxmayaraq, abonentlər qazdan çox qənaətlə istifadə edib:

“Eyni zamanda 514 780 abonent 20 qəpik, 47 353 abonent 25 qəpik, 1 932 299 abonenet 12 qəpik tarifilə qazdan istifadə edib. Hava soyuq keçsə də, abonentlər qazdan qənaətlə istifadə edir. Lakin buna baxmayaraq qazdan çox istifadə edildiyi halda “Azəriqaz” İstehsalat Birliyi bunu təmin edə biləcək potensiala sahibdir”.

Aysu Demokrat.az

D
demokrat.az