Hadisə Özəl

SON DƏQİQƏ! “Sədərək” Ticarət Mərkəzində DAVA

SON DƏQİQƏ! “Sədərək” Ticarət Mərkəzində DAVA

Bakının Qaradağ rayonunda 1999-cu il təvəllüdlü Ruslan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Elməddinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ruslan Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin təsərrüfat bazarının 3-cü sırasında yerləşən “Ulduz” kafesinin qarşısında Elməddinin borc mübahisəsinə görə onun tanışı İsaqın ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib və münaqişə yaradıb.

Bu zaman yaranan münaqişə zamanı Ruslan Elməddini söyüb təhqir edib, dodaq nahiyyəsindon bir dəfə yumruqla vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində fərdi qaydada fəhləliklə məşğul olur:

“Əsasən bazara gələn yük avtomobillərində olan yükləri boşaldıram. Hadisə günü, günorta saatlarında “Sədərək” ticarət mərkəzində yerləşən “Ulduz” kafesində mənimlə birgə işləyən uşaqlarla birlikdə yemək yeyib, kafenin qarşısına çıxdıq. Bazarda fəhlə işləyən Nicat adlı şəxsin qardaşı Elməddin kafenin qarşısına gəldi. Elməddin dedi ki, İshaq hardadı, onunla söhbət etməliyəm. Mən də Elməddinə dedim ki, get, mən İshaqa xəbər edəcəm, sonra söhbət edərsiniz. Elməddin də gedən zaman İshaqın ünvanına nalayiq ifadə işlətdi. Mən də həmin sözü qəbul edə bilmədim, Elməddinin üz nahiyəsinə yumruqla zərbə endirdim”.

İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elməddinin sözlərinə görə, onun böyük qardaşı Nicat uzun müddətdir “Sədərək” Ticarət Mərkəzində fəhləliklə məşğul olur:

“Təxminən 2022-ci ilin iyul ayının sonlarında qardaşım Nicat məndən 520 manat borc pul istədi. Mən də mal-qara satmışdım deyə biraz pulum vardı. Nicata 520 manat göndərdim. Nicat dedi ki, ‘bir yaxın qardaşa pul lazımdır, 1 həftəyə sənə qaytaracam. Həmin ilin avqustun 17-də Nicat ilə telefon əlaqəsi saxladım, pulumu istədim. Nicat da pulu verdiyi İshaq adlı Cəlilabad rayonundan olan şəxsə zəng edərək pulu istədi. Həmin gün Nicat zəng edərək dedi ki, pulu İshaq adlı tanışıma vermişəm.

İshaq ilə əlaqə saxladım. İshaq məni “Sədərək” Ticarət Mərkəzində yerləşən kafelərin birinə çağırdı, orada söhbət etdik. Söhbət zamanı İshaqın yanında iki nəfər şəxs də olub. Orada həmin iki nəfər mənə dedilər ki, İshaqa verdiyin pul bizə çatıb, həmin pulu da biz yaxşı oğlanlara göndərmişik, İshaqdan əl çək, pulu istəmə. Mən də Nicata əsəbləşdim ki, nə yaxşı oğlan, mənim uşağımın vəziyyəti pisdir, pula ehtiyacım var”.

Zərərçəkmiş qeyd edib ki, avqustun 20-də bazara gəlib:

“Orada qardaşım Nicat və həmkəndlimiz Qeyrət adlı şəxs ilə görüşdüm. Nicata dedim ki, mənə pul lazımdır, uşağımın vəziyyəti yaxşı deyil, mənim pulumu ver. Nicat da bildirdi ki, mən gedib danışmışam, pulu vermirlər. Nicatdan İshaqın kim olduğunu, İshaqla söhbət etmək istədiyimi dedim. Nicat da məni İshaqın yanına apardı. Bazarda şirniyyat zonasının arxasında, “Alfa” inşaat adlı mağazanın yaxınlığına getdik. İshaq adlı şəxs orada təxminən doqquz nəfərlə işləyirdi. Nicat İshaqı çağırdı. İshaq əlindəki işi qutararaq yanımıza gəldi. Həmin vaxt İshaqın yanındakılar da yanımıza gəldi. Mən İshaq ilə söhbət etdim. Söhbət zamanı İshaqa dedim ki, sən qardaşım Nicatdan borc pul istəmisən, Nicata da pulu mən vermişəm, mənə də hazırda pul lazımdır, pulu xahiş edirəm qaytar. İshaq da dedi ki, Nicatdan aldığım pul gedib yaxşı oğlanlara, o puldan əlinizi götürün, həmin pul geri qaytarılmayacaq. İshaq bu sözü deyəndən sonra geri çəkildim. İshaqa dedim ki, mənim uşağımın vəziyyəti pisdi, mənə pul lazımdır, mənim həmçinin banka kredit borcum var, sənə yaxşılığım ondan ibarət ola bilər ki, hər ay banka həmin məbləğ olan qaədər krediti ödə, mənim səndən artıq heç nə istəyəcəyim bir şey yoxdur. İshaq yenə dedi ki, o pul getdi, geri qayıdan deyil”.

Zərərçəkmiş bildirib ki, daha sonra İshaqm yanında olan adının sonradan Sədrəddin olduğunu bildiyi bir nəfər ona “səni öldürərəm” deyib:

“Mən də Sədrəddin adlı şəxsə dedim ki, öldür, görüm necə öldürüb, sonra da məsuliyyətdən yanına bilərsən. Sədrəddin qarnımdan qəfildən yumruqla vurdu. Məm biraz büküldüm. Dikəlmək istəyən zaman Sədrəddin qaçıb kənarda yerdən götürdüyü taxta parçası ilə sağ qaş nahiyəmdən zərbə vurdu. Mənim qaşım partladır. Nicat və yanında olan Qeyrət məni dərhal oradan uzaqlaşdırdılar. Biz bazarda yerləşən “Qlobus” hotelin yanına getdik. Əl-üzümü yuydum. “Ulduz” kafesinin yanına getdik. Çünki Cəlilabad rayonundan olan fəhlələr “Ulduz” kafesinin yanında dayanırlar. Mən də ora gedib İshaqı soruşdum. Orada olan fəhlələrdən biri dedi ki, İshaq yoxdur, qaçıb. Mən orada olanlara dedim ki, İshaqa deyin, mənim pulumu qaytarsın, buna görə də söyüş söydüm. Sözümü deyib dönüb gedən zaman Ruslan adlı şəxs yumruqla ağız nahiyəmdən vurdu, dodağım partladı, qan açıldı”.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ruslan aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 11 ay 22 gün islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az